"MY ASCO" mobil tətbiqində növbəti yenilik
ASCO əməkdaşları üçün elektron şəxsi kabinet rolunu oynayan “My ASCO” mobil tətbiqinə növbəti funksiya əlavə edilib.
Belə ki, tətbiqə "Xidmət fəaliyyətinin qiymətləndirilməsi" (XFQ) sistemi inteqrasiya olunub.
Həm sahil, həm də üzən heyət "İllik qiymətləndirmə" menyusuna daxil olmaqla, "XFQ qiymətləndirmə" alt menyusundan müvafiq XFQ qiymətləri ilə tanış olmaqla yanaşı, qiymətləndirmə panelinə keçid də edə bilərlər.
Həmçinin rəhbər şəxslər həmin bölmədən qiymətləndirəcəyi əməkdaşların sayını görə və qiymətləndirmə panelinə keçid edərək tabeliyində olan əməkdaşları qiymətləndirə biləcəklər.
İllik qiymlətləndirmə menyusunun digər alt menyusu olan "XFQ hədəflər" menyusundan əməkdaşlar illik hədəfləri ilə tanış olaraq cari il üçün təyin olunmuş hədəflərini birbaşa mobil tətbiq daxilindən təsdiqləyə bilərlər.