Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-30,
Seanews
Heyder Eliyev

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan "Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb

“Robot Expedition Praha–Osaka Expo 2025” beynəlxalq ekspedisiyası çərçivəsində klassik avtomobillərdən ibarət karvan AZCON Holding şirkətlərindən olan ASCO-nun Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanına çatdırılıb.

Səfər zamanı əfsanəvi “Tatra 603”, “Škoda Octavia”, “Škoda 100” və “Škoda 120” modelləri ilə yanaşı, yapon istehsalı olan “Toyota Celica ST” markalı avtomobil də aparılıb. Avtomobillərlə bərabər, onları idarə edən sürücülər və texniki heyət də gəmi vasitəsilə daşınıb.

“Robot Expedition Praha–Osaka Expo 2025” layihəsi Çexiyanın paytaxtı Praqadan Yaponiyanın Osaka şəhərinədək uzanan 18 000 kilometrlik qlobal marşrutu əhatə edir. Ekspedisiya çərçivəsində bir sıra ölkələri qət edən klassik avtomobillər Yaponiyada keçiriləcək “EXPO 2025” sərgisində nümayiş olunacaq.

Layihənin əsas məqsədi klassik avtomobillərin davamlılığını nümayiş etdirməklə yanaşı, müxtəlif xalqlar arasında mədəni körpü yaratmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır