Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

“Willemsbrug” körpüsünə çırpılan gəmidən bir neçə konteyner suya düşüb

Rotterdamda (Niderland) konteyner gəmisi “Willemsbrug” avtomobil körpüsünə çırpılıb və nəticədə bir neçə konteyner suya düşüb.

“portnews.ru” yerli KİV-lərə istinadən bildirir ki, hadisə 2024-cü il sentyabrın 11-də səhər saatlarında baş verib. Rotterdam Limanı Administrasiyası konteyner gəmisinin hadisədən dərhal sonra körpüyə yan aldığını deyib. Hazırda gəminin kapitanı dindirilir. İlkin ehtimala görə, heyətin başçısı körpünün hündürlüyündə yanlışlığa yol verib.

Nieuve Maas çayı ilə hərəkət edən başqa bir gəmi suya düşən konteynerlərlə toqquşmamaq üçün dayanmalı olub.

“Willemsbrug” avtomobil körpüsü zədələnib. Zədənin nə dərəcədə ciddi olduğunu isə mütəxəssislər qiymətləndirməlidirlər.

Qeyd edək ki, bu ilin mart ayında ABŞ-ın Baltimor limanının akvatoriyasında “Dali” konteyner gəmisi Frensis Skott Key körpüsünə çırpılmışdı. Nəticədə 2,5 km-lik körpünün 100 metrdən artıq hissəsində konstruksiya qismən dağılmışdı. Hadisə ölümsüz də ötüşməmişdi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün Baltimor limanından su ilə yüklərin daşınması bir neçə ay dayandırıldı.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır