Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-14,
Seanews
Heyder Eliyev

Bakıda dəniz nəqliyyatı sahəsində insan resursları və gəmi heyətinin idarə olunmasına dair konfrans keçirilib

Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz nəqliyyatı sahəsində insan resursları və gəmi heyətinin idarə olunmasına dair konfrans” keçirilib.

Tədbir zamanı Beynəlxalq Dəniz Təşkilatının (IMO), Dünya Dəniz Universitetindən professorların, Türkiyə Dənizçilik Baş İdarəsinin və böyük gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, gəmidə insan faktoru, dekarbonizasiya və kibertəhlükəsizlik, Dənizçilik İnstitutu - Dəniz Sektorunda Aparıcı Peşəkar İnkişaf, ətraf mühitin mühafizəsinin qorunması üzrə müasir texnologiyaların gəmilərdə tətbiqi mövzusunda təqdimatlar olunub.

Konfranda ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Rüstəm Ağayev “ASCO-nun dünəni, bugünü və sabaha baxışı” mövzusunda məruzə ilə çıxış edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır