Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“COSCO Shipping” müxtəlif tipli gəmilər sifariş edəcək

Çinin “COSCO Shipping Corporation” (“COSCO Shipping”) şirkəti dəyəri 4,5 milyard dollardan çox olan 120-yə qədər yeni gəmi inşa etməyi planlaşdırır.

Bu barədə “Trade Winds” nəşri məlumat verir.

Belə ki, şirkət 20 “Newcastlemax” balkeri, 40 “Kamsarmax” balkeri və 80 min ton dedveytli sellüloz daşımaq üçün 30 universal gəmi, həmçinin bir neçə “VLOC” sinifli filiz daşıyıcı və bitum daşınması üçün tanker tikmək imkanlarını nəzərdən keçirir.

Brokerlərdən alınan məlumatlara görə, sifarişlər “COSCO Shipping Bulk” və “COSCO SHIPPING Specialized Carriers” (“COSCO Shipping”-in törəmə şirkətləri) tərəfindən veriləcək.

Ekspertlər istisna etmirlər ki, bəzi gəmilər icarə şirkətləri və ya digər gəmiçilik şirkətləri tərəfindən sifariş oluna, sonra isə uzunmüddətli taym-çarter əsasında “COSCO Shipping”-ə təhvil verilə bilər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır