Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər.

Konfrans çərçivəsində, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilmiş seksiya iclasında “Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları da iştirak ediblər. İclasda onlar “Yaşıl dünya naminə gəmiçilik sahəsində görülən tədbirlər" mövzusunda məruzə ilə çıxış edərək Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 2018-ci ilin aprelində qəbul edilmiş “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Beynəlxalq Dəniz Təşkilatının İlkin Strategiyası” və ondan irəli gələn tədbirlər, həmçinin ASCO tərəfindən "COP29" tədbirinə hazırlıq çərçivəsində görülən işlər barədə məlumat veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır