Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Sualtı qayıq əleyhinə 2 gəmi suya buraxılıb

Kəlkütədə (“Craft” layihəsinin beşinci və altıncı “SWC” sinifli) sualtı qayıq əleyhinə “Agrey” və “Akshay” gəmiləri suya buraxılıb.

“korabel.ru” xəbər verir ki,  səkkiz “SWC” sualtı əleyhinə gəmi üçün müqavilə Hindistan Müdafiə Nazirliyi tərəfindən “Garden Reach Shipbuilders & Engineers” (“GRSE”) ilə köhnə “Abhay” sinifli sualtı qayıqlara qarşı korvetləri əvəz etmək üçün 2019-cu ildə imzalanıb.

Layihə yerli müdafiə istehsalı imkanlarının genişləndirilməsi baxımından da uğulu sayılır, çünki bu gəmilərdə avadanlığın 80%-dən çoxu yerli istehsaldır. Təşəbbüs milli müdafiə qabiliyyətini artırarkən yerli istehsalı və məşğulluğu dəstəkləmək məqsədi daşıyır. Bu layihənin ilk gəmisinin 2024-cü ilin birinci yarısında təhvil verilməsi gözlənilir.

“SWC” sualtı qayıq əleyhinə gəmi 900 ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 77,6 metr, eni 10,5 metr və suya oturumu 2,7 metrdir ki, bu da onu dayaz su əməliyyatları üçün əlverişli edir.

25 düyünə qədər sürət yığa bilən gəminin heyəti 7 zabit və 50 dənizçi olmaqla 57 nəfərdən ibarətdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır