Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Veteran dənizçi Aydın Sadıqzadə vəfat edib

Yarım əsrdən çox dənizçilik təcrübəsi olan Aydın Sadıqzadə ömrünün 87-ci ilində vəfat edib.

O, Xəzər Dəniz Neft Donanmasının 1 saylı texniki-peşə məktəbində “Gəmi sürücülüyü” ixtisasına yiyələnib.   Əmək fəaliyyətinə Xəzər Dəniz Neft Donanmasında matros kimi başlayıb. Sonrakı illərdə bosman, kapitanın köməkçisi kimi müxtəlif gəmilərdə çalışıb.  O, qısa müddətdə öz bacarığı sayəsində kapitanlığa yüksəlib və uzun illər gəmi sürücüsü kimi dəniz nəqliyyatı sahəsinə töhfə verib.

Aydın Sadıqzadə həmçinin  Xəzər Dəniz Neft Donanmasının idarəetmə aparatında rəhbər vəzifələrdə də çalışıb.

O, 2009-cu ildə təqaüdə çıxmışdı.

ASCO rəhbərliyi və kollektivi adından Aydın Sadıqzadənin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk.

Aydın Sadıqzadə haqqında təqdim etdiyimiz video 2017-ci ildə hazırlanmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır