Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-1-ci (hər iki halda), 4.1–4.3-cü, 4.4-cü (hər iki halda), 5.1-ci maddələrində, 5.2-ci maddəsinin birinci abzasında, 8.2-ci maddəsinin birinci abzasında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.3-cü, 16.4-cü, 20-ci, 22.6-cı (hər iki halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (hər iki halda), 27.1-ci, 27.2-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 43-cü, 44.1–44.4-cü maddələrində, 45-ci maddəsinin ikinci cümləsində, 47.2-ci, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (hər iki halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 62.1.8-ci, 63.1–63.4-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.1–67.3-cü, 68-ci, 69.1–69.3-cü maddələrində, 83.4-cü və 89-cu maddələrinin birinci və ikinci cümlələrində, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 256.4-cü, 265.4-cü və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 4.4-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 2.5-1-ci (ikinci halda), 16.3-cü, 22.6-cı (ikinci halda), 26.5-ci (ikinci halda), 44.1-ci, 47.2-ci maddələrində, 62.1.8-ci, 63.4-cü, 67.1-ci, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin ikinci cümləsində və 256.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 4.2-ci, 43-cü, 69.1-ci, 69.3-cü maddələrində, 83.4-cü maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 45-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Məcəllənin 61.5-ci maddəsinin birinci abzasında (ikinci halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 83.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.10. həmin Məcəllənin 2.5-1-ci (birinci halda), 4.1-ci, 5.1-ci maddələrində, 5.2-ci və 8.2-ci maddələrinin birinci abzaslarında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.4-cü, 22.6-cı (birinci halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (birinci halda), 27.1-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 44.2–44.4-cü, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (birinci halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 63.1–63.3-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.2-ci, 67.3-cü, 68-ci, 69.2-ci maddələrində, 89-cu maddəsinin birinci və ikinci cümlələrində və 182.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.11. həmin Məcəllənin 4.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-1-ci maddəsinə uyğun olaraq, dəniz əməliyyatları bazasının reyestrinin aparılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq, Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqqın məbləğlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-ci, 2.5-1-ci (hər iki halda), 4.1–4.3-cü, 4.4-cü (hər iki halda), 5.1-ci maddələrində, 5.2-ci maddəsinin birinci abzasında, 8.2-ci maddəsinin birinci abzasında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.3-cü, 16.4-cü, 20-ci, 22.6-cı (hər iki halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (hər iki halda), 27.1-ci, 27.2-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 43-cü, 44.1–44.4-cü maddələrində, 45-ci maddəsinin ikinci cümləsində, 47.2-ci, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (hər iki halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 62.1.8-ci, 63.1–63.4-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.1–67.3-cü, 68-ci, 69.1–69.3-cü maddələrində, 83.4-cü və 89-cu maddələrinin birinci və ikinci cümlələrində, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 256.4-cü, 265.4-cü və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 4.4-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Məcəllənin 42.2-ci və 61.2-ci maddələrinin ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Məcəllənin 2.5-1-ci (ikinci halda), 16.3-cü, 22.6-cı (ikinci halda), 26.5-ci (ikinci halda), 44.1-ci, 47.2-ci maddələrində, 62.1.8-ci, 63.4-cü, 67.1-ci, 142.2-ci, 182.1-ci maddələrində, 182.2-ci maddəsinin ikinci cümləsində və 256.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.5. həmin Məcəllənin 13.2-ci, 14.2-ci, 18.2-ci, 22.4-cü və 25.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;

2.6. həmin Məcəllənin 18.3-cü və 22.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.7. həmin Məcəllənin 4.2-ci, 43-cü, 69.1-ci, 69.3-cü maddələrində, 83.4-cü maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Məcəllənin 45-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.11. həmin Məcəllənin 61.5-ci maddəsinin birinci abzasında (ikinci halda) “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.12. həmin Məcəllənin 83.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.13. həmin Məcəllənin 2.5-ci maddəsində “orqan (qurum)” dedikdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan İnvestisiya Holdinqi, digər limanlara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.14. həmin Məcəllənin 2.5-1-ci (birinci halda), 4.1-ci, 5.1-ci maddələrində, 5.2-ci və 8.2-ci maddələrinin birinci abzaslarında, 9.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci abzasında, 15.3-cü, 16.4-cü, 22.6-cı (birinci halda) maddələrində, 22.7-ci maddəsinin birinci abzasında, 22.8-ci, 26.5-ci (birinci halda), 27.1-ci, 29.2-ci, 30.3.1-ci maddələrində, 36.2-ci maddəsinin birinci cümləsində, 44.2–44.4-cü, 48.5-ci, 49.2-ci, 49.3-cü maddələrində, 61-ci maddəsinin adında, 61.1-ci maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 61.4-cü maddəsində, 61.5-ci maddəsinin birinci abzasında (birinci halda), 62-ci maddəsinin adında, 62.1-ci maddəsinin birinci abzasında, 63.1–63.3-cü maddələrində, 64.1-ci maddəsinin ikinci cümləsində, 65-ci, 67.2-ci, 67.3-cü, 68-ci, 69.2-ci maddələrində, 89-cu maddəsinin birinci və ikinci cümlələrində və 182.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Məcəllənin 4.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur.”.

5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 506 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1053 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 583 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 465 (Cild I) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 28.4-cü maddəsində,” sözləri çıxarılsın.

7. “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1106 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.1-ci bənddən “(naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı)” sözləri çıxarılsın;

7.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi” üzrə:

7.2.1. 1.1-ci, 2.1.11-ci və 3.1.22-ci yarımbəndlərdən “(naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı)” sözləri çıxarılsın;

7.2.2. 3.1.15-ci yarımbənddə “və limanlar” sözləri “, limanlar və dəniz əməliyyatları bazaları” sözləri ilə əvəz edilsin;

7.2.3. aşağıdakı məzmunda 3.1.45-1-ci yarımbənd əlavə edilsin:

“3.1.45-1. dəniz əməliyyatları bazalarının reyestrinin aparılmasını təmin etmək;”;

7.2.4. 3.2.5-ci yarımbəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinin birinci abzasına uyğun olaraq dəniz nəqliyyatı sahəsində xidmətlərə görə haqq” sözləri əlavə edilsin;

7.2.5. 3.2.13-cü yarımbəndə “limana” sözündən sonra “və ya dəniz əməliyyatları bazasına” sözləri əlavə olunsun, həmin yarımbənddə “və ya limandan” sözləri “, habelə limandan və ya dəniz əməliyyatları bazasından” sözləri ilə əvəz edilsin;

7.2.6. 5.6-cı bəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinin birinci abzasına uyğun olaraq dəniz nəqliyyatı sahəsində xidmətlərə görə haqq” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.3.2.5-ci yarımbəndə “dəniz” sözündən sonra “ətraf” sözü əlavə edilsin;

8.2. 4.1.6-cı yarımbənddə “Dövlət Dəniz Administrasiyası” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi” sözləri ilə əvəz edilsin;

8.3. 6.6.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.6.4. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının ərazi sularında və açıq dənizdə gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirir, gəmilər, limanlar və dəniz əməliyyatları bazaları tərəfindən Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunmasını təmin edir;”;

8.4. Strategiyaya Əlavə 2 – “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:

8.4.1. 2-ci, 3-cü, 9-cu, 11-ci, 12-ci hissələrin, 13-cü hissənin “a” bəndinin, 16-cı və 17-ci hissələrin “Dəstək” sütununda “DDA” akronimi “RİNN DDLA” akronimi ilə əvəz edilsin;

8.4.2. 7-ci hissənin “Əsas” sütununa “BBDTL” akronimindən sonra “və digər dəniz limanları” sözləri əlavə edilsin;

8.4.3. 10-cu hissənin “Dəstək” sütununa “ETSN” akronimindən sonra “, RİNN DDLA” akronimi əlavə edilsin;

8.4.4. 14-cü hissənin “Dəstək” sütununda “DDA” akronimi “RİNN DDLA” akronimi ilə əvəz olunsun və həmin sütuna “BBDTL” akronimindən sonra “və digər dəniz limanları” sözləri əlavə edilsin;

8.4.5. 16-cı hissənin “Dəstək” sütunundan “BBDTL,” akronimi çıxarılsın;

8.4.6. “İxtisarlar” hissəsində “DDA – Dövlət Dəniz Administrasiyası” sözləri “RİNN DDLA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi” sözləri ilə əvəz edilsin.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır