Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Ceyhun Bayramov : "Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir." 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşündə çıxış edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, nazir bildirib ki, hazırkı görüş regionda yüksək turbulentlik şəraitində keçirilir və bu, tərəflərdən Xəzərin hüquqi statusu haqqında Konvensiyada qeyd olunan ölkələrin ərazi bütövlüyü, suverenliyi, güc tətbiq edilməməsi kimi bəndlərə riayət edilməsinin vacibliyini önə çəkir.

  Beləliklə, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq məkanına çevriləcək.

Ceyhun Bayramov uzun illər müzakirə olunmuş və 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tezliklə qüvvəyə minməsinin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan 16 beynəlxalq hüquqi sənədin 15-nin iştirakçısıdır.

Nazir Xəzər regionun investisiya cəlbediciliyinin artırılması, Xəzəryanı ölkələrin iqtisadi rəqabət qabiliyyətliyinin yüksəldilməsi istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir: "Eyni zamanda, yük daşımaları dövriyyəsinin genişləndirilməsi üçün ölkəmiz Ələt dəniz limanın modernləşdirilməsi istiqamətində işlər aparır".

Görüşdə Rusiyanın XİN başçısı Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov çıxış ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır