Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

La-Manş boğazı boyunca yelkənli gəmi xətti açılacaq

Fransanın küləklə işləyən gəmilərin operatoru “Grain de Sail” Fransanın Saint-Malo və İngiltərənin Sauthempton limanları arasında yeni yelkənli gəmi xəttini işə salmağı planlaşdırdığını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, ekoloji cəhətdən təmiz gəmiçilik xəttinin 2023-cü il dekabrın 15-də işə salınması gözlənilir.

Marşruta hazırda Sen-Malo - Nyu-York xəttində istismar edilən 24 metr uzunluğunda, yükgötürmə qabiliyyəti 50 ton olan gəmi yerləşdiriləcək. Transatlantik səfərlər üçün uzunluğu 52 metr və yükgötürmə qabiliyyəti 350 ton olan ikinci yelkənli yük gəmisi hazırlanır. “Offshore-Energy.biz” xəbər verir ki, Vyetnamın Hoşimin şəhərindəki “Piriou” tərsanəsində “Grain de Sail” şirkəti üçün inşa olunan gəmi 2024-cü ilin yanvarında istifadəyə veriləcək.

"Yeni marşrutda göyərtədə 26 paletdə fransız malını Böyük Britaniyaya daşıyacağıq və Fransaya qayıdarkən İngiltərədən məhsullar yükləyəcəyik. Yelkənli gəmi sayəsində karbon emissiyalarını 90% azalda bilərik. Gələcəkdə Böyük Britaniya, İrlandiya, eləcə də Avropada ola biləcək marşrutlar barədə də araşdırma aparılır”, - deyə “Grain de Sail” şirjkətində bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır