Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-27,
Seanews
Heyder Eliyev

“DP World” Novi Sad limanını Dunay çayı üzərində ilk yaşıl limana çevirəcək

Serbiyanın Novi Sad limanında uzunluğu 184 metr olan yeni “DP World” yanalma körpüsü tikilib istifadəyə verilib.

“Seanews.az” xəbər verir ki, layihəyə 8,5 milyon dollar sərmayə qoyulub.

Yeni yanalma körpüsü terminalın aşırma qabiliyyətini 500 min TEU artıracaq.

Limanın genişləndirilməsi layihəsi “DP World” investisiya proqramının bir hissəsidir ki, bu proqrama həm də yeni yükləmə avadanlığının alınması, taxıl anbarının tikintisi və artıq Serbiyaya səfər edən 15 mindən çox turisti qəbul edən sərnişin terminalının tikintisi daxildir.

“DP World” yaşıl enerjidən istifadə edərək Novi Sad limanını Dunay çayı üzərində ilk yaşıl limana çevirməyi planlaşdırır. Bundan əlavə, liman əməliyyatlarında, o cümlədən proseslərin rəqəmsallaşdırılmasında yeni texnologiyalardan istifadə olunacaq.

Xatırladaq ki, Dunay Almaniyanı Qara dənizlə birləşdirən və Balkan regionunun ən mühüm ticarət yollarından biri olmaqla Avropanın ikinci ən uzun çayıdır.

“DP World” (Dubay, BƏƏ) dəniz terminallarının aparıcı beynəlxalq operatorlarından, logistika və digər xidmətlərin təminatçısıdır. “DP World”-in aktivlərinə Hindistan, Afrika və Yaxın Şərqdə davam edən terminal layihələri də daxil olmaqla, altı qitənin 45-dən çox liman ölkəsində 150-dən çox dəniz terminalı daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır