Peşə təhsilindən dünya sularına
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi dənizçilərin biliklərini artırmaq üçün müxtəlif layihələr keçirir. Belə layihələrdən biri də "Maarif" nəşriyyatında dərc edilən "Gəmilərin əmniyyətli idarəedilməsi" kitabıdır.
Kitabda Beynəlxalq Dəniz Təşkilatının (BDT – İMO) dənizçiliyin təhlükəsizliyi və dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına görə, Gəmilərdə Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllənin (ƏİBM) dənizdə təhlükəsizliyin təmin olunması, bədbəxt halların və ya insan tələfatının, ətraf mühitə, xüsusilə də dəniz mühitinə və əmlaka ziyan vurulmasının qarşısının alınması üçün BDT-nin ali orqanı – Təşkilatın iştirakçı ölkələrinin Assambleyasının 17-ci sessiyasında BDT-nin sonrakı rolunu və siyasətini müəyyən edən mühüm qərarları yer alıb.
Kitabın tərtibçisi və çapa hazırlayanı ASCO-nun Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Faiq Balabəyli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidli, üz qabığındakı fotoların müəllifi Turab Məmmədovdur.
Dənizçilərimizin peşələrini mükəmməl mənimsəməsi üçün nəzərdə tutulan kitabın məsləhətçləri ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini, uzaq səfərlər kapitanı Şahlar Məmmədov və Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə olunması Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyevdir.