Gəmiyə “Qarşısıalınmaz tabeçi” mənasını verən “Al-Qahhar” adı verilib
“ThyssenKrupp Marine Systems” bu yaxınlarda Misir Ərəb Respublikasının Hərbi Dəniz Qüvvələrinə (HDQ) ikinci “MEKO A-200 EN” freqatını təhvil verib.
“Ordu.az” xəbər verir ki, Bremerhavendə Misir və Almaniya HDQ-nin yüksək rütbəli rəsmilərinin iştirak etdiyi mərasimdə Misir Hərbi Dəniz Qüvvələrinnin baş komandanı, vitse-admiral Əşrəf İbrahim Ətva gəmiyə “Qarşısıalınmaz tabeçi” mənasını verən “Al-Qahhar” adını verib.
Vitse-admiral Ətva layihənin müştərək hərbi sənayeləşmə sahəsində bir çox ölkə üçün nümunə kimi qəbul edildiyini bildirib.
“Al-Qahhar” freqatının təhvil verilməsi ilə layihəmiz yolun yarısına gəldi”, - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır