Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

"SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının yetirmələri üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası Xətai filialının uşaqları üçün ekskursiya təşkil edilib.

 Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

 Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan “Dənizçilik əlifbası” kitabı təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır