Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində təmsil olunur

Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işinə başlayıb.

Sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və onun alyans tərəfdaşı Caspian Marine Services (CMS) şirkəti birgə stendlə təmsil olunur.

Stenddə ziyarətçilərə ASCO və CMS-in gəmilərinin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır.

Bundan başqa, stenddə quraşdırılan monitorda gəmilərin iştirakı ilə dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarından görüntüləri əks etdirən videoçarx nümayiş olunur.

Bu il ənənəvi Xəzər Neft və Qaz sərgisində dünyanın 37 ölkəsindən 326 şirkət iştirak edir. Tədbirdə təmsil olunan ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Sərgi öz işini 2 iyunadək davam etdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır