Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Konteyner gəmisinin göyərtəsi dörd futbol meydançası boydadır

Çinin “Hudong Zhonghua Shipbuilding” gəmiqayırma zavodu 24 116 TEU tutumlu daha bir konteyner gəmisini istismara verib.

“Seanews.az”-ın məlumatına görə, "MSC Celestino Maresca" adlı gəmi son iki həftədə “MSC”-nin donanmasına qoşulan bu tutumda ikinci konteynerdaşıyandır.

Uzunluğu 399,9 metr, eni 61,5 metr olan gəminin göyərtəsi dörd futbol meydançası boydadır.

“Offshore Energy”nin qeyd etdiyi kimi, son 9 ayda dünyada 24 min TEU tutumlu beş gəmi istismara verilib.

“MSC” şirkəti 24 minlik dörd konteynerdaşıyandan Asiya-Avropa marşrutunda istifadə edəcək. Artıq istismara verilmiş üç meqakonteyner gəmisi “MSC Tessa”, “MSC Irina” və

“MSC Celestino Maresca” ilə yanaşı, “MSC Raya” yaxın günlərdə şirkətin donanmasına qoşulacaq.

“MSC Celestino Maresca” gəmisinin ilk səfəri martın axırına, “MSC Raya”-nın səfəri isə aprelin 9-na planlaşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır