“ONE”-nin yeni gəmiləri enerjiyə qənaət edən texnologiyalarla təchiz ediləcək
“Ocean Network Express” (“ONE”) 13,7 min TEU tutumlu 10 konteyner gəmisinin tikintisini sifariş edib.
Şirkətdən “SeaNews”-a verilən məlumata görə, konteyner gəmilərinin çatdırılması 2025-2026-cı illər üçün nəzərdə tutulub.
Bütün 10 gəmi metanol və ammonyakla işləməyə hazır olacaq və enerjiyə qənaət edən texnologiyalarla təchiz ediləcək.
“ONE” gəmiləri bortda CO2 tutma və saxlama texnologiyası ilə təchiz etmək üçün adı açıqlanmayan tərsanə və avadanlıq istehsalçıları ilə müzakirələrə başladığını bildirir.
Xatırladaq ki, “ONE” 2022-ci ilin mayında hər birinin tutumu 13,7 min TEU olan 10 konteyner gəmisinin tikintisinə sifariş vermişdi. Beş gəmi Koreyanın “Hyundai Heavy Industries” və Yaponiyanın “Nihon” gəmiqayırma zavodu tərəfindən inşa ediləcək.
“Seanews.az”