Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Daha çox LNG daşıyıcıları inşa ediləcək

Çinin nəhəng gəmiqayırma şirkəti “Hudong-Zhonghua Shipbuilding” mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin istehsal gücünü iki dəfə artırmaq niyyətindədir.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, şirkət Şanxay yaxınlığında “Changxing” gəmiqayırma bazasının genişləndirilməsi üzərində işləyir. Nəzərdə tutulan tədbirlər başa çatdıqdan sonra müəssisənin istehsal gücü ildə 5-6 qazdaşıyıcıdan 10-12-yə qədər artacaq.

Digər Çin gəmi istehsalçıları da LNG daşıyıcıları inşa etməyə hazırlaşırlar. “Dalian Shipbuilding” və “Jiangnan Shipbuilding” gəmiqayırma zavodları artıq LNG tankerləri üçün sifarişlər qəbul etməyə başlayıblar.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır