Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“MISC” iki yeni nəsil LNG tankerini istismara qəbul edib

Malayziyanın “MISC” şirkəti öz donanmasına iki yeni nəsil mayeləşdirilmiş təbii qaz (LNG) tankeri – “Seri Damai və Seri Daya” gəmilərini əlavə edib.

“Seanews.az”-ın məlumatına görə, tutumu 174 min kubmetr olan iritonajlı tankerlər rəqəmsal və ekoloji cəhətdən təmiz texnologiyalar əsasında yaradılmışdır.

Gəmilər “MISC”-nin sifarişi ilə “Samsung Heavy Industries Co., Ltd” (“SHI”) tərəfindən tikilib. İstismara hazır tankerlər “ExxonMobil”-in törəmə müəssisəsi olan “SeaRiver Maritime MMC”-yə (“SRM”) uzunmüddətli icarəyə veriləcək. Gəmiləri “Eaglestar Shipmanagent (S) Pte.Ltd” (“Eaglestar”) idarə edəcək.

LNG daşıyıcıları Fransanın “GTT” şirkətinin “Mark-III Flex Plus” yük saxlama sistemi, həmçinin iki yanacaq üçün “WinGD X-DF”  ötürücü sistemləri ilə təchiz edilib.

“MISC” şirkəti 31 LNG tankeri, altı böyük etan daşıyıcısı (VLEC) və iki üzən LNG saxlama qurğusuna (FSU) sahibdir. Donanmanın ümumi dedveyti 2 milyon tondan artıqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır