Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

İsrail gəmi yanacağında kükürdün miqdarına məhdudiyyət qoyur

Bu il fevralın 23-dən İsrailin dəniz limanları akvatoriyasında və ya ölkə sularında lövbərdə dayanan gəmilərdən aşağı kükürdlü (0,1%-ə qədər) gəmi yanacağından istifadə etmək tələb olunacaq.

“Offshore Energy”nin məlumatına görə, bu tələb ilk növbədə ölkənin əsas yükaşırma müəssisələrinə – Aşdod, Təl-Əviv, Hayfa, Yaffa, Aşkelon limanlarına aiddir.

Məhdudiyyət Aralıq dənizinin bu yaxınlarda kükürd oksidləri və hissəciklər emissiyalarına nəzarət zonası kimi müəyyənləşdirilməsi ilə əlaqədar tətbiq edilir.

Bundan başqa, gəmilərin qaydanı pozması barədə səlahiyyətli orqanlara sübut təqdim olunarsa, ölkənin liman və terminallarına daxil olan xarici gəmilərin yoxlanılmasına icazə verilir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır