Sualtı hovuzun sınaqları başa çatıb
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının sualtı tikinti və modernləşdirmə ehtiyaclarını qarşılamaq üçün hazırlanan “Sualtı hovuz” sınaqdan keçirilib.
Ordu.az xəbər verir ki, 3000 tonluq hovuzun sınaqları uğurla başa çatıb.
“ASFAT” şirkətinin açıqlamasında sistemin çox yaxında Türkiyə Hərbi Dəniz Qüvvələrinin xidmətində olacağı diqqətə çatdırılıb.
Milli Müdafiə Nazirliyinin törəmə şirkəti olan “ASFAT”-ın baş podratçısının nəzarəti altında reallaşdırılan “Sualtı hovuz” layihəsi milli sualtı qayıqların istehsalı və texniki xidmətin həyata keçirilməsi üçün əhəmiyyətə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır