Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“CMA CGM Group” “Global Container Terminals Inc”-ə məxsus iki terminalı alıb

“CMA CGM Group” hazırda “Global Container Terminals Inc”-ə məxsus olan “GCT Bayonne” və “GCT New York” terminallarını almaq üçün müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə, Bayonne və Nyu Yorkdakı terminalların ümumi buraxılış qabiliyyəti ildə 2 milyon TEU təşkil edir.

“CMA CGM” yaxın illərdə terminalların ümumi tutumunu 80% artırmaq üçün onların inkişafına investisiyaları sürətləndirmək niyyətindədir.

Şirkətdə bildiriblər ki, “CMA CGM Group” hazırkı komandanın rəhbərliyi altında terminalların istismarını davam etdirəcək.

“CMA CGM”-in donanması 584 gəmidən ibarətdir və beş qitədə 420-dən çox limana yan alır. 2021-ci ildə qrup 22 milyon TEU daşıyıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır