Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

6 nömrəli məktəb-liseyin şagirdləri gəmi-muzeydə maraqlı gün keçiriblər

Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 7a sinif şagirdləri “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Gəmi-muzeyin “Şagird-turu” çərçivəsində baş tutan ekskursiyada məktəblilər sinif rıəhbərləri Qalina Kovatsenkonun da iştirakı ilə maraqlı gün keçiriblər.

Əvvəlcə bələdçilər şagirdlərə muzeyin yaranması ideyası və burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat veriblər. 

Uşaqlara muzeyin ayrı-ayrı zallarında yerləşən interaktiv oyunlardan istifadə etmək imkanı da yaradılıb. Onlar oyunlar vasitəsilə müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

“Xəzərin ruhu” zalında yerləşən 360 dərəcəlik ekran isə 6 nömrəli məktəb-liseyin şagirdlərinin xüsusi marağına səbəb olub. 

Ekspozisiya zallarını ziyarətdən sonra uşaqlar üçün rəsm çəkmək üzrə master-klass təşkil edilib. Master-klass zamanı şagirdlərə rəssamlıq sənəti ilə bağlı məlumatlar verilib, onlara müxtəlif füqurları rəngləmək imkanı yaradılıb. 

Şagirdlər dünyanın ilk tanker muzeyindən xoş təəssüratlarla ayrılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır