Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

Uzun illərdir dəniz nəqliyyatı sahəsində çalışan Oleq Mixayloviç 65 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki şöbəsinin mühəndisi Bolotnikov Oleq Mixayloviç 65 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Texniki direktoru Nurməhəmməd Talıbov rəhbərlik və kollektiv adından yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Nurməhəmməd Talıbov Oleq Mixayloviçin dəniz nəqliyyatı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, ona təşəkkürünü bildirib.

Oleq Mixayloviç öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO rəhbərliyinə və kollektivə minnətdarlığını bildirib.

Qeyd edək ki, Bolotnikov Oleq Mixayloviç 5 senytabr 1957-ci ildə Bakıda anadan olub. O, 1985-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun “gəmi maşın və mexanizmləri/mühəndis-mexanik” ixtisasını bitirib.

Əmək fəalliyyətinə 1976-cı ildə Xəzər Dəniz Gəmiçiliyində “elektrik mexaniki” vəzifəsində başlayıb. Elə həmin ildən taleyini dəniz nəqliyyatı sahəsi ilə bağlayıb. Ayrı-ayrı illərdə gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışan Bolotnikov Oleq Mixayloviç hazırda ASCO-nun Texniki şöbəsində işləyir.

Bolotnikov Oleq Mixayloviç "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı, ASCO-nun “Fəxri Fərmanı”na layiq görülüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır