Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

"Suraxanı" gəmi-muzeyinə yeni eksponatlar təqdim edilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin eksponatları arasına yeni əşyalar əlavə edilib.

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Numizmatika Fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən tədqiq edilən 6 pul sikkəsi bundan sonra Suraxanı gəmi muzeyinə gələn ziyarətçilərə nümayiş etdiriləcək.

12-13-cü əsrlərdəki Atabəylər dövrünə aid edilən bu sikkələr Azərbaycanda zərb edilən mis feslərdən ibarətdir. Onlar həmin dövrün pul təsərrüfatında istifadə ediliblər.   

Zərb zamanı əksər belə sikkələrdə zərbxana ya həkk edilmirdi, ya da zərb zamanı təhrifə uğrayırdı. Amma az sayda olsa da üzərində zərbxana adı olan sikkələr aşkar edilib.

Həmin dövrlərdə Naxçıvan, Beyləqan, Şəmkir, Gəncə, Bərdə, Ərdəbil, Urmiya, Təbrik, Səlmaz, Həmədan, Marağa, Dəbil şəhərlərində belə zərbxanalar fəaliyyət göstərib.

 

Muzeyə təqdim edilən sikkələrin siyahısını diqqətinizə çatdırırıq :

  1. Azərbaycan atabəyləri. Bir tərəfinə “əl-Nasir əmirəlmuminin” (mömünlərin əmiri əl-Nasir) sözləri və yay ilə ox təsviri, digər tərəfinə üçdişli yaba təsviri həkk edilib
  1. Azərbaycan atabəyləri. Muhəmməd Cahan Pəhləvan (hicri 571-582 =miladi 1175-1186). Bir tərəfinə "ən-Nasir", digər tərəfinə "...(Pəhlə)van, atabǝg" sözləri həkk edilib
  1. Azərbaycan atabəyləri. Əbubəkr ibn Muhəmməd (hicri 587-607 = miladi 1191 - 1210). Bir tərəfinə "əl-əzəm, Əbu", digər tərəfinə "əl-muminin" sözləri və yay təsviri həkk edilib.
  1.  Azərbaycan atabəyləri. Uzbək ibn Muhammad (hicri 607-622 = miladi 1210-1225). Bir tərəfinə "Uzbǝk" sözü, digər tərəfinə yay təsviri həkk edilib.
  1.  Azərbaycan atabəyləri. Uzbək ibn Muhəmməd (hicri 607-622 = miladi 1210-1225). Bir tərəfinə "əl-məlik əl-muazzam", digər tərəfinə "əl-Nasir" sözü həkk edilib.
  1. Azərbaycan atabəyləri. Hər iki tərəfində üçdişli yaba təsviri həkk edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır