• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Dünyada ilk buxar gəmisinin patentləşdirilməsindən 212 il ötür

İlk buxar gəmisinin rəsmən patentləşdirilməsindən 212 il ötür.

Buxar gəmisinin ilk ideyası XVII əsrdə fransız fiziki Deni Papen tərəfindən irəli sürülüb.

Təqribən 90 il sonra buxar mühərriki Ceyms Uott tərəfindən hazırlanıb. 1707-ci ildə Papenin hazırladığı buxar mühərrikli və avar valları olan gəmi barədə məlumat bizim dövrümüzə qədər gəlib çatmayıb. 30 il sonra ingilis mühəndisi Conatan Hallsın Papenin layihələri əsasında hazırladığı buxar gəmisi uğursuzluğa düçar olur. Bu sahədə ilk əsl uğur XIX əsrin əvvəllərində əldə edilir.

1802-ci ildə şotlandiyalı Uilyam Sayminqton özünün hazırladığı “Şarlotta Dundas” gəmisini, daha beş il sonra isə amerikalı Robert Fulton “Klermont” gəmisini təqdim edir. Məhz “Klermont” gəmisi mütəmadi kommersiya reysləri həyata keçirməyə başlayır. 1809-cu il fevralın 11-də Fulton öz gəmisini rəsmən patentləşdirərək ilk buxar gəmisinin yaradıcısı kimi adını tarixə yazdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır