Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Şəhid dənizçi Ehtiram Heybət oğlu Abbasov

Ehtiram Heybət oğlu Abbasov 18 avqust 1969-cu ildə Masallı rayonu Mahmudavar kəndində anadan olub.

1976-1984 cü illərdə Mahmudavar kənd məktəbində oxuyub. 1984-1987-ci illərdə Masallı rayon Bədəlan peşə məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusunun daxili qoşunlarında Penza vilayətində hərbi xidmətdə olub..

O, 1990-cı ilin yanvar ayında Xəzər Dəniz Neft Donanmasının “Tofiq İsmayılov” gəmisində elektrik kimi işə düzəlib.

1993-cü ilin yanvarında Milli Ordu sıralarına qoşulub. Əvvəlcə Ağstafa, sonra Ağdərə istiqamətində döyüşüb.

1994-cü ildə Füzuli rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.  1994-cü il fevralın 16 da Şəhidlik zirvəsinə ucalıb. Fevralın 18-də doğulduğu Mahmudavar kəndindəki qəbiristanlıqda dəfn olunub. Şəhidlik zirvəsinə ucalan Ehtiram Abbasov bu gün kəndin gənclərinə nümunə göstərilir: igidlik, qəhrəmanlıq, şücaət, hünər nümunəsi olan Ehtiram Abbasovun məzarı həmişə dostlarının, yaxınlarının ziyarət yeridir.

Biz də dənizçilər olaraq həmkarımızı böyük ehtiramla xatırlayır,  Allahdan rəhmət diləyirik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır