Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Vasko Da Qamanın Hindistana dəniz yolunu kəşf etməsindən 522 il ötür

Vasko da Qama böyük kəşflər dövründə yaşamış, Avropanın ən müvəffəqiyyətli kəşfiyyatçılarından olan, Avropadan birbaşa Hindistana dəniz yolunu kəşf edən ilk dənizçi olub.

Hindistana dəniz marşrutu Portuqaliya üçün çox mühüm bir məsələ idi. Portuqaliyanın coğrafi mövqeyi Afrikanın qərb sahillərində kəşflər üçün çox əlverişli idi. O dövrün əsas ticarət yollarından uzaqda yerləşən ölkə dünya ticarətində tam iştirak edə bilmirdi.

1488-ci ildə Bartolomeu Dias “Good Hope” yüksəkliyini kəşf edir. Afrikadan keçir və Hind okeanına çatır. Amma dənizçilər Portuqaliyaya qayıtmağı tələb etdikləri üçün o geri dönməli olur. Diasın kəşflərinə əsaslanaraq şah II Juan yeni bir ekspedisiya göndərmək qərarına gəlir. Ancaq bu ekspedisiya yalnız 1495-ci ildə I Manuelin taxta çıxandan sonra mümkün olur.

Bu ekspedisiyaya 28 yaşlı Vasko Da Qama rəhbərlik edir. Onun ixtiyarında “San Qabriel”, “San Rafael”, “Berriu” gəmiləri və ümumilikdə 170 nəfərdən ibarət heyət olur. Vasko Da Qama 1497-ci il iyulun 8-də ekspedisiyaya yollanır.



Birinci səyahət

Gəmilər Kanar adalarından keçib “Yaşıl Təpə”-də toplanırlar. Güclü külək əsdiyindən cənub-qərb tərəfə dönüb “Good Hope” yüksəkliyinə çatırlar. Noyabrın 22-də gəmilər yüksəkliyi arxada qoyub naməlum sulara çatırlar.

1498-ci il yanvarın sonunda ekspedisiya, Zambezi çayının ağzına çatır və burada təxminən bir ay gəmiləri təmir etmək üçün qalır.

Afrikanın şərq sahili boyunca irəliləyərək, martın 2-də portuqallar Mozambikə çatır. Burada ərəblərin nəzarət etdiyi ərazilər başlayır. daha da yelkən Onlar dayanacaqları və əsas limanların yerini öyrənib yollarına davam edirlər.

Somalinin zəngin şəhəri olan Melindada, Qama şeyx ilə görüşməyə nail olur. Şeyxin ona verdiyi losmanın köməyi ilə 1498-ci ilin mayın 20-də ekspedisiya Hindistana çatır. Gəmilər Kalikut (Kojikode) şəhərində dayanır. Lakin şəhərdəki vəziyyət gərgin olduğundan, hökmdar Qamaya faktoriya (ticarət məntəqəsi) qurmağa icazə vermir.  Avqustun 30-da Qama və onun heyəti geriyə yola düşür.

1499-cu il yanvarın 2-də Qama və dənizçilər Somalinin Moqadişu limanına çatırlar. Həmin ilin sentyabrında Qama, iki gəmi və heyətinin üçdə ikisini, o cümlədən sevimli qardaşı Paulunu da itirib evə qayıdır.



İkinci səyahət

Səyyah Pedru Alvariş Kabralın 1500-cü ildəki uğursuz cəhdindən sonrakı ekspedisiyaya yenidən Vasko Da Qama rəhbər təyin edilir. Onun ikinci ekspedisiyası 1502-ci ilin fevralında başlayır. Yeni kəşflər etmək üçün Qama, qurudan çox uzaqlaşmadan, Ərəbistan və Şimal-Qərbi Hindistan sahilləri boyunca Kambey körfəzinə gedir və oradan cənuba dönür. Qamanın gəmiləri Kannanurda, qiymətli yük və zəvvarlarla Ciddədən (Məkkə limanı) Kalikuta gedən ərəb gəmisinə hücum edir. Gəmini ələ keçirdikdən sonra Qama dənizçilərə heyəti və sərnişinləri gəmidə kilidləməyə, arasında çoxlu sayda qoca, qadın və uşaqlar olan gəmini yandırmağı əmr edir.
Daha bir ərəb gəmisi ilə qarşıdurmadan qalib çıxan Qama 1503-cü ilin fevralında çox qiymətli ədviyyat yükü ilə geri qayıdır. Bir müddət sonra o, yüksək təqaüd və qraf titulu ilə təltif olunur.



Üçüncü səyahət

Portuqaliya kralı III Xuan, 54 yaşlı Vasco da Qama kralın ikinci müavini təyin edir. 1524-cü ilin aprelində Vasko da Qama iki oğlu - Estevan da Qama və Paulo da Qama ilə birlikdə Portuqaliyadan səfərə çıxır. Bu dəfə də, onun yolunu kəsənlərlə amansızcasına davranan Qama, geri qayıdan zaman yolda özünü piss hiss edir. Onun malyariya xəstəliyinə tutulduğu məlum olur. Vasko Da Qama 1524-cü il dekabrın 24-də Portuqaliyaya çatmamış vəfat edir. Onun cəsədi Lissabonun kənarında yerləşən bir monastrın yanında basdırılır.

 

Yazını hazırladı İlqar Quliyev 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır