Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ASCO-nun Texniki direktoru DSX-nın yubiley medalı ilə təltif olunub

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru İsrail Bayramov  Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə "Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif olunub.

İsrail Bayramov sərhədçilərlə əməkdaşlıq etdiyinə görə bu medala layiq görülüb.

Qeyd edək ki, istər dəniz, istər quru, istərsə də hava sərhədlərimizi yüksək səviyyədə qoruyan sərhədçilərimiz Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız sərhədçilərimiz üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır