• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

Dünya şöhrətli sənətkar Maestro Niyazinin doğum günüdür

Dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim Maestro Niyazinin doğum günüdür.

Niyazi 1912-ci il avqustun 20-də musiqiçi ailəsində dünyaya göz açıb. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyli isə dahi bəstəkar idi.

İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünür. Onun sevgi dolu əsərləri indi də dünyanı dolaşır.

Dünyanı dolaşan təkcə sənətkarın əsərləri deyil, həm də onun adını daşıyan gəmidir. ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi hazırda xarici sularda üçrəngli Azərbaycan bayrağı altında üzür.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır