Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

naqqala Dəniz Zəfərinin 104-cü ildönümü qeyd ol

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərini anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 104-cü ildönümü münasibətilə rəsmi mərasim keçirilib. Anım mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə Çanaqqala şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb, Şəhidlər Xiyabanına tər çiçəklər düzülüb. Burada qəhrəman türk övladlarının əziz xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub. Dəniz döyüşlərini canlandırmaq məqsədilə gəmilərin Çanaqqala boğazından keçidi olub. Türkiyə ordusunun “Şahin”ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər. Mərasim çərçivəsində Çanaqqala şəhidlərinin xatirəsinə inşa edilmiş məscidin açılışı olub. Bayram mərasimi müxtəlif tədbirlərlə davam edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır