• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

nyada tankerlə neft daşınmasının əsası Xəzərdə qoyulub – V

Tarixin müxtəlif dövrlərində Alban, Hirkan, Kaspiy… adlarını daşıyan Xəzər dənizi gəmiçilik sahəsində inqilabi yeniliklərin beşiyi olub və bu gün də qalmaqdadır. Elə dünyada ilk tankerlə səfərə çıxmaq da Xəzər dənizçilərinə nəsib olub. XIX əsrin ikinci yarısına kimi Bakı nefti Xəzər dənizi vasitəsi ilə yalnız çəlləklərlə daşınırdı. Bu üsul sərfəli olsa da, təhlükəsiz deyildi. Neftin daşınma texnologiyasının  təkmilləşdirilməsinə ehtiyac var idi.  Qara qızılın ənənəvi üsulla daşınmasında inqilabi yeniliyə isə Nobel qardaşları imza atırlar.   1877-ci ildə Nobel qardaşları İsveçdə fəaliyyət göstərən “Motala” gəmiqayırma zavoduna ilk neftdaşıyan tankerin tikintisini sifariş verirlər. Azərbaycanın  müxtəlif sahələrinə maraq göstərən qardaşlar, görünür, torpağından böyük qazanc əldə etdikləri yurdun tarixinə rəğbət və ehtiram əlaməti olaraq,  tankerin adını “Zoroastr” – “Zərdüşt” qoyurlar. Uzunluğu 56 metr və yükgötürmə qabiliyyəti 242 ton olan “Zərdüşt” gəmisi bir il sonra – 1878-ci ildə Xəzər dənizinə gətirilir. İkivintli, 19 dəmir rezervuarı olan “Zərdüşt” tankeri ilk səfərinə elə həmin il 15 min pud Bakı nefti ilə çıxır. Beləliklə, dizaynı Lüdviq Nobel tərəfindən hazırlanan “Zərdüşt” gəmisi ilə dünyada tankerlər vasitəsilə neftin daşınma texnologiyasının əsası qoyulur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır