Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

niz Akademiyasında “Tarixin bağışlamayacağı qanlı cinayət” adlı tədbir keçir

Azərbaycan Dövlət Dəniz Akademiyasında İnformasiya-resurs mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə “Tarixin bağışlamayacağı qanlı cinayət” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Çingiz Əliyev bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətindən söz açaraq Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı  etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirib.  Qeyd edib ki, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən, azərbaycanlılardan ibarət strateji əhəmiyyətli yaşayış məntəqəsi ilə yanaşı, erməni vandalizmi orada mövcud olan ən qədim maddi-mədəniyyət abidələrini də yer üzündən silib. Ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir qətliama obyektiv qiymət verilməsi, faciənin həqiqətlərinin dünyaya tanıdılması istiqamətində atılan bütün addımlar  hadisənin soyqırım kimi dünyaya tanıdılmasının nəticəsiz qalmadığını bir daha sübut edir. XX əsrin ən dəhşətli səhifəsi olan Xocalı qətliamı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı şəhidlərindən Tofiq Hüseynovun bacısı oğlu Akademiyanın Gəmi sürücülüyü fakültəsinin tələbəsi Ələkbərli Əsgər çıxış edərək bu dəhşətlərin onun həyatına göstərdiyi təsirdən, dayısının adına layiq övlad olmaq arzusundan danışıb. Xocalıda böyük qəhrəmanlıq göstərərək şəhid olmuş mayor Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova da tədbirdə çıxış edərək atasının şərəfli qəhrəmanlıq şücaətindən, bir gecədə bütün doğmalarının şəhid olmasından, Xocalı yaralarının hələ də qanadığından  ürək ağrısı ilə söz açıb. Çıxışının sonunda ona və bütün şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Daha sonra tələbələrin ifasında şeirlər səsləndirilib, “Xocalı-vəhşiliyin görünməmiş təzahürü” , “Şahidlər və şəhidlər” mövzularında çıxışlar edilib. Sonda Xocalı dəhşətlərini əks etdirən kompozisiya nümayiş olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır