• Bakı, 2019-12-12,
Seanews
Heyder Eliyev

yük Vətən Müharibəsində Azərbaycan dənizçilərinin

Bu il Böyük Vətən Müharibəsindən 73 il keçir. Faşizm vəhşiliyinə qarşı gedən Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib. Cəbhələrdə göstərdikləri cəsarətə görə 139 soydaşımız “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min əskər və zabitimiz isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olunublar.  Amansız müharibə təkcə ön cəbhədə döyüşənlər üçün deyil, elə arxa cəbhədə qalanlar üçün də məşəqqətə çevrilmişdi. Təcili surətdə bütün SSRİ, o cümlədən Azərbaycan iqtisadiyyatı hərbi relslər üzərinə keçirilmişdi. Böyük Vətən müharibəsi illərində Xəzərin dəniz yolları ilə cəbhəyə arasıkəsilmədən yanacaq, döyüş texnikası və qoşun daşınırdı. Bakı döyüşən ordunu yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah və hərbi sursat istehsal edən əsl cəbbəxana idi. O zaman Sovet İttifaqında istehsal edilən neftin 70-75%-ni, aviasiya benzininin 85-90%-ni Bakı verirdi. Yük və təxliyyə edilən insanların çoxluğu, nəqliyyat vasitələrinin azlığı ilə bağlı yaranan mürəkkəb vəziyyət çıxış yolu tələb edirdi. Dənizçilər təcrübələrində ilk dəfə olaraq neft dolu sisternləri birbaşa gəminin yedəyinə alıb daşıyırdılar. Xəzər dənizçiləri ağır şəraitdə yüksək intizamlılıq, cəsarət və qeyrət nümunəsi göstərirdilər. Onlar hərbi və xalq təsərrüfatı yüklərini vaxtında daşımaq üçün gecəni gündüzə qatmışdılar.  Həmin dənizçilərdən biri də görkəmli kapitan, iradəli komandir, sadə, həssas və qayğıkeş insan Əlibala Ələkbər oğlu Rəcəbovdur. Əlibala Ələkbər oğlu Rəcəbov Bakıda dənizçi ailəsində anadan olub. 1922-ci ildən Xəzər Dəniz Gəmiçiliyində fəaliyyətə başlayıb. Mahir, qəzasız üzən kapitan kimi məşhurlaşıb. Keçən əsrin 30-cu illərində “Krasnoye Somrovo” Gəmiqayırma Zavodunun Xəzər Dəniz Gəmiçiliyi üçün inşa etdiyi iritonnajlı 11 tankerdən birinin  – “Ağamalı oğlu”nun sükanı ona etibar edilib. Ə. Rəcəbov fasiləsiz 12 il bu gəmidə kapitan işləyib və bir çox yeniliklərə imza atıb. Tankerin dörd boru vasitəsilə doldurulması, yükgötürmə qabiliyyətinin artırılması təkliflərini məhz o verib. Böyük Vətən müharibəsi illərində “Ağamalı oğlu”nun heyəti iradəli komandir Ə. Rəcəbovun rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən şərəflə gəlir. 1943-cü ildə Həştərxana 10000 ton benzin gətirmiş tanker alman faşistlərinin aviazərbələrinə məruz qalır. Reyddə yükünü ikinci barja dolduran tanker boşaltma əməliyyatını saxlayaraq manevr etməyə başlayır. Kapitanın tez və dürüst əmrləri tankeri bacardıqca qırıcıların hədəfindən yayındırır. Lakin həmin hava hücumunda kapitan ciddi yaralanır və kontuziya alır. Bununla belə, Ə. Rəcəbov kapitan körpüsündə qalıb gəminin qorunması üçün qüvvələri səfərbər edir. Tamam haldan düşəndə isə, onu yüngül yaralanmış köməkçisi əvəz edir… Xəstəxanadan çıxandan sonra kapitan Ə. Rəcəbovun sərəncamına donanmanın flaqman tankeri verilir. Qocaman kapitan 1947-ci ilədək həmin tankeri idarə edir. Lakin müharibədə aldığı yaralar özünü biruzə verir və Ə.Rəcəbov uzun sürən xəstəlikdən sonra öz xahişi ilə işləməyə təmir gəmilərinə keçir və öz peşəsinin incəliklərini gənclərə öyrətməkdə davam edir. Təvazökar, zəhmətkeş və özünə qarşı həddən artıq tələbkar olan kapitan Ə.Rəcəbovun xidmətləri yüksək qiymətləndirilib. 1936-cı ildən Əmək Qəhrəmanı olan Ə. Rəcəbov  iki dəfə Lenin ordeni, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri,  “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilib. “Dəniz Donanmasının fəxri işçisi” adına, SSRİ  Dəniz Donanması Nazirliyinin və SSRİ Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1944-cü ildən fərdi təqaüdçü olub. BUNA DA BAX:  Xəzər dəniz nəqliyyatı Böyük Vətən müharibəsi ərəfəsində  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır