• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

zərdə gəmiçiliyin tarixi qədimlərə söykənir –

Xəzərdə gəmiçilik qədim zamanlardan mövcud olub. Bunu sübut edən kifayət qədər artefakt və sənədlər var. Qobustan Milli Tarix-Bədii Qoruğunda qədim insanlardan  yadigar qalmış 6000-dən çox petroqlif mövcuddur. Arxeoloqlar ən qədim qaya təsvirlərini Mezolit dövrünə (e.ə. XIII-VI minilliklər) aid edirlər. Həmin dövrə aid edilən çoxsaylı heyətə malik qayıqların təsvirləri dünyaca məşhur norveçli səyyah, görkəmli alim-antropoloq və yazıçı Tur Heyerdalın da böyük marağına səbəb olub. Tur Heyerdal Qobustanda. 1994-cü il Tarixin atası hesab edilən Herodot Xəzər dənizinin ölçülərini “avarlı gəmi ilə üzmə günləri»ndə göstərib. Bu da artıq e.ə V əsrdə burada dəniz üzgüçülüyünün kifayət qədər inkişaf etməsindən xəbər verir. Venesiyalı monax Fra Mauronun 1459-cu ildə hazırladığı dünya xəritəsindən fraqment                       Bakı buxtasının qravürası. 1861-ci il      


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır