Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-04,
Seanews
Heyder Eliyev

Tarixi həqiqət: Gəmilərimiz öz milli adlarını necə qazandı?

Sovet dövründə obyektlərə və gəmilərə milli adların verilməsi heç də asan deyildi. Lakin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu maneələr aradan qaldırıldı. Ümummilli Liderin "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır" fəlsəfəsi gəmiçilik sahəsində də öz əksini tapdı.

İlk addımlar

1971-ci il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə “Xəzərdənizneftdonanma” üçün yeni inşa edilmiş iki kran gəmisinə tanınmış neftçilərimizin – Fuad Səmədov və Məlik Göyçayevin adı verilir.

Elə həmin ildə Xəzər Dəniz Gəmiçiliyinin "çay-dəniz" tipli gəmilərindən biri əfsanəvi partizan Mehdi Hüseynzadənin şərəfinə "Qəhrəman Mehdi" adlandırılır.  

 

Bundan sonra donanmamız yeni gəmilərlə zənginləşir: "Nəsimi", "Nizami", "Füzuli", "Vaqif", "Şair Sabir", "Hüseyn Cavid", "Cəfər Cabbarlı".

Beləliklə, bu gün gəmilərimiz təkcə yük daşımır, həm də xarici ölkələrdə zəngin mədəniyyətimizi və şanlı tariximizi təmsil edir.

 

Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır