Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

Dənizçilər üçün faydalı kitab çapdan çıxıb

Gərgin əməyin bəhrəsi olan “Gəminin Davamlılığı Uğrunda Mübarizə” (“GDUM”) qəza-xilasetmə təlimatları, tövsiyələri kitabı çapdan çıxıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamenti tərəfindən hazırlanan və nəfis şəkildə çap edilən bu kitab qabaqlayıcı tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi, ölkəmizin ərazisində mülkiyyətçiliyindən asılı olmayaraq gəmi heyətlərinin  fövqəladə hallar zamanı baş vermiş qəza xarakterli təhlükələrlə mübarizə aparılması üçün zəruri sənədləri əhatə edir. Rəhbər sənəddə gəminin davamlılığını təmin etmək üçün gəmi heyətinə faydalı  tövsiyələr və praktiki materiallar da kifayət qədərdir.

 Azərbaycan dilində ilk dəfə işıq üzü görən  “Gəminin Davamlılığı Uğrunda Mübarizə” kitabı dənizçilər, təlim-tədris müəssisələri və aidiyyəti idarə işçiləri üçün nəzərdə tutulub.

Kitabda  Beynəlxalq Konvensiya, Beynəlxalq Məcəllələr və digər normativ sənədlərdən, o cümlədən “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974-cü il tarixli Beynəlxalq Konvensiya” (SOLAS -74), “Dənizdə Gəmilərin Toqquşmasının Qarşısının Alınmasına dair Beynəlxalq Konvensiya -1972” (DGTQBK-72), Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında  1978-ci il tarixli əlavələr  edilmiş  Beynəlxalq Konvensiya” (DHSNÇ BK- 1978/95), “Neftlə çirkləndirmə hallarına  hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında 1990-cı il   tarixli Beynəlxalq Konvensiya“, “Dənizin gəmilərdən çirklənməsi haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya“   ( MARPOL-73/78), “Xilasetmə haqqında 1989-cu il tarixli Beynəlxalq Konvensiya”, “Aviasiya və dəniz xilasetmə və axtarış üzrə  Beynəlxalq  Rəhbərlik”,   “BDT/İMO Gəmi  Davamlılığı üzrə  Beynəlxalq  Məcəllə”, “Yanğın  Təhlükəsizliyi  Qaydaları”, “Əmniyyətli İdarəetmə  haqqında   Beynəlxalq  Məcəllə”, “Azərbaycan  Respublikasının Nəqliyyat Donanmasınının Gəmilərində  Xidmət  Nizamnaməsi”  və   sairədən istifadə edilib


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır