Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-nın daha bir müəllimi elmi işini yekunlaşdıraraq uğurla müdafiə edib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik Dissertasiya Şurasında Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının baş müəllimi Gülşən Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01 - “Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi təşkil olunub.

İclası Şuranın sədri AMEA Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov aparıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə AMEA “Riyaziyyat və mexanika” institutu arasında birgə əməkdaşlığa dair müqaviləyə əsasən, dissertasiya işi ADDA-nın “Tətbiqi mexanika” kafedrasında və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi riyaziyyat” şöbəsində yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır