Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Vətən müharibəsinə gedən yol” kitabının təqdimatı olub

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşı, dənizçilərin sağlamlığının qorunması ilə bağlı maarifləndirici layihələrin rəhbəri, tədqiqatçı-yazıçı Adıgözəl Məmmədovun “Vətən müharibəsinə gedən yol” kitabının təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai xadimlər, jurnalistlər və yazıçılar iştirak ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev tədbiri açaraq tədqiqatçı haqqında fikirlərini bölüşüb. Onun fikrincə Adıgözəl Məmmədovun yeni kitabı hazırkı tarixi şəraitdə Azərbaycan ictimai fikrində böyük hadisədir. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizmi və işğalçı ordusu üzərində böyük Qələbəsinin ümumdünya tarixi əhəmiyyəti vardır.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov, Ceyhun Məmmədov, ictimai xadim Elçin Quliyev, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq-alim Fuad Məmmədov, Xalq artisti, şəhid atası Əli Nur, professorlar Ədalət Əliyev, Qulu Məhərrəmli və başqaları çıxış edilər.

Çıxış edənlər xüsusilə qeyd ediblər ki, respublikamızda bu cür əsərlərin nəşri indiki informasiya müharibəsi şəraitində böyük tarixi əhəmiyyətə malikdir.

İştirakçılara təşəkkürünü bildirən müəllif deyib: “2020-ci il Vətən müharibəsi zamanı dövlətimizin və xalqımızın tam səfərbər olduğu günlərdə biz ziyalıların da üzərinə çox ciddi işlər düşürdü və bu gün də düşür. Bu haqq davamızı geniş şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün həm xarici, həm də yerli mətbuatda mütəmadi şəkildə çıxış etdim. İnanıram ki, II Qarabağ müharibəsi ilə bağlı məqalə və müsahibələrimin yer aldığı kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır