Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-da beynəlxalq elmi-texniki konfrans təşkil olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında “Texniki və təbiət elmlərinin innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilib.

“Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı ilə baş tutan beynəlxalq elmi-texniki konfrans iki gün davam edib.

Konfransın plenar iclasını “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov açıb. Daha sonra ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov geniş məruzə ilə çıxış edib. 

Plenar iclasda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov “Dəniz şəraitində avadanlıqların atmosfer korroziyasından müdafiə üçün konservasiya mayeləri və sürtküləri” mövzusunda məruzə təqdim edib.

Sonra İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma “Biokütlə əsaslı pirolitik yağ və onun texnologiyası” mövzusunda çıxışı ilə konfransı davam etdirib.

Plenar iclasın yekununda professor Vaqif Həsənovun “Günəş enerjisindən istifadə etməklə gəmilərin isti su təminatı” adlı elmi məruzəsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov sonda çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq elmi-texniki konfrans öz işini üç bölmədə davam etdirib və uğurla yekunlaşıb.

Konfransa Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Ukrayna, Fransa və Rusiyadan olan alimlər 62 elmi məqalə təqdim ediblər. O cümlədən, Azərbaycandan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, MAKA elmi-tədqiqat aerokosmik informatika institutu, Azərbaycan Texniki Universiteti, SOCAR-ın Neft-qaz elmi tədqiqat layihə institutu, “AZER Connect” MMC, AMEA-nın Neft-kimya prosesləri institutu,  AMEA-nın Gəncə bölməsi, AMEA-nın Radiasiya problemləri institutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Dövlət Fövqəladə Hallar Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Təhsil Nazirliyinin Təhsil İnstitutu, AMEA-nın İqtisadiyyat institutu, AMEA-nın Füzuli adına Əlyazmalar institutu, Bakı Biznes Universiteti, “Foster Wheler Engineering” şirkəti, Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya elmi-tədqiqat institutu kimi təhsil və elmi müəssisələr beynəlxalq konfransda təmsil olunublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır