Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-nın əməkdaşları Beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Xerson Dövlət Dəniz Akademiyasında (Ukrayna) “Dəniz sənayesinin davamlı inkişaf problemləri" mövzusunda beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyası konfransın təşkilində yaxından iştirak edib. ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov isə Təşkilat Komitəsində təmsil olunub.

“Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov konfransın plenar iclasında ”Gəmi istilik mübadiləsi aparatları borularının optimal istismar şəraitinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Həmin kafedranın doktorantı Elvin İbrahimli isə müvafiq bölmədə əldə etdiyi elmi nəticələr barədə məqaləni təqdim edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır