Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

2021-ci il 25-26 noyabr tarixində Azərbaycan  Dövlət Dəniz Akademiyasının (ADDA) “Tətbiqi mexanika” kafedrasında “Texniki və təbiət elmlərinin innovativ inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-texniki  konfrans keçiriləcək.

Beynəlxalq elmi-texniki konfrans texniki elmlər, təbiət və fundamental elmlərin texnoloji nailiyyətləri və tətbiqi, eləcə də humanitar və siyasi elmlər ilə bağlı geniş mühəndislik sahələrini əhatə edir.

Konfransda yerli universitetlər və təşkilatlarla bərabər, bir sıra ölkələrdən (Fransa, Türkiyə, Almaniya, Ukrayna, Rusiya, Gürcüstan, Estonia, Meksika və s.) universitetlər və təşkilatlatların əməkdaşlarının iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beyənəlxalq elmi jurnallarda dərc olunacaq.

Qaydalara uyğun olaraq seçilmiş elmi məqalələrin beynəlxalq elmi bazalar olan “Web of science” və "Scopus" kimi bazalarda indeksləşməsi gözlənilir.

Konfrans materialarını ADDAconf@gmail.com elektron poçt ünvanına göndərə bilərsiz, həmçinin konfrans haqqında ətraflı məlumatları aşağıdakı yüklə linkindən əldə edə bilərsiniz. 

Yüklə:  http://adda.edu.az/uploads/Azərbaycan Dövlət Dəniz Akademiyası_AZ.docx

Download:  http://adda.edu.az/uploads/EN_International scientific and technical conference.docx

Скачать:  http://adda.edu.az/uploads/RU_Azərbaycan Dövlət Dəniz Akademiyası.docx


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır