Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-da yay semestrində tədris prosesi və imtahan sessiyası onlayn qaydada keçiriləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında  12 iyul 2021-ci il tarixindən 13 avqust 2021-ci il tarixinə qədər 2020/2021-ci tədris ilinin Yay semestri təşkil ediləcək.

Yay semestrində tədris prosesi və imtahan sessiyası Microsoft Teams platforması üzərindən onlayn qaydada keçiriləcək.

Yay semestrinin imtahan sessiyası 16-20 avqust 2021-ci il tarixlərində nəzərdə tutulur.

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla təşkil olunur.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Yay semestrinə qeydiyyat 21-30 iyun 2021-ci il tarixlərində müvafiq fakültə dekanlıqlarında aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır