Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-12,
Seanews
Heyder Eliyev

Gəmilərdə "gizli qığılcım" həyəcanı: kiçik cihazlar böyük fəlakətlərə yol aça bilər

Elektromobillərlə yanaşı, smartfon, elektron siqaret və portativ enerji doldurucu (powerbank) kimi kiçik cihazlar da gəmilərdə fəlakətli yanğınlara səbəb ola bilər. Bununla bağlı "NorthStandard" sığorta klubunun baş mütəxəssisi, kapitan Trevor Fernandes dənizçilik sektoruna ciddi xəbərdarlıq edib.

“Seanews.az” mütəxəssisə istinadən xəbər verir ki, bir çox hallarda gəmilərin təhlükəsizlik idarəetmə sistemlərindən (SMS) kənarda qalan bu yığcam cihazlar, zədələnmə və ya qızma nəticəsində dayandırılması qeyri-mümkün olan "termal qaçış" (thermal runaway) reaksiyasına girirərək zəhərli qazlar ifraz edir və partlayış riskini artırır.

Real hadisələr sırasında bir tankerdə ratsiya batareyasının alovlanması nəticəsində naviqasiya avadanlığına 3 milyon dollar dəyərində ziyan dəyməsi və kabinlərdə nəzarətsiz enerji toplamaya qoyulan cihazların ciddi yanğınlara yol açması xüsusi vurğulanır.

Gəmilərin təhlükəsizliyini təmin etmək üçün mütəxəssislər yalnız beynəlxalq sertifikatlı (UL, CE, IEC) məhsullardan istifadə etməyi, cihazları heç vaxt nəzarətsiz şarjda qoymamağı və batareyaları sərin, yanğına davamlı konteynerlərdə saxlamağı tövsiyə edirlər.

Uzunmüddətli saxlama üçün batareya səviyyəsinin 30-50% arasında saxlanılması və zədəli batareyaların MARPOL konvensiyasına uyğun şəkildə utilizasiyası kritik əhəmiyyət daşıyır.

Heyətin bu "gizli qığılcımlar" barədə davamlı maarifləndirilməsi və gəmiyə yeni qoşulan dənizçilərin xüsusi təlimdən keçməsi gəmi infernolarının qarşısını almaq üçün ən effektiv müdafiə xətti hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır