Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin Bakı Gəmiqayırma Zavodundakı istehsalat təcrübəsi başa çatıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsinin Bakı Gəmiqayırma Zavodundakı istehsalat təcrübəsi başa çatıb. 
 
150 saatlıq (09.03.2021-17.05.2021) təcrübə proqramı çərçivəsində tələbələr ilkin olaraq texniki təhlükəsizlik təlimlərinə cəlb edilib. Daha sonra onlar Zavodun boru, gövdə, mexanika, elektrik kimi istehsalat sahələrində, o cümlədən icrası davam edən layihələrində əmək təcrübəsinə yiyələniblər.
 
Təcrübənin sonunda proqramı müvəffəqiyyətlə bitirən tələbələrə Zavod tərəfindən müvafiq qiymətləndirilmə sənədi və sertifikatlar təqdim olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır