Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunda istehsalat təcrübəsindədirlər

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 4-cü tədris ilində təhsil alan 36 tələbəsi Bakı Gəmiqayırma Zavodunda diplomqabağı istehsalat təcrübəsindədirlər.

Təcrübənin ilk günü tələbələr giriş, növbəti beş gün ərzində isə texniki təhlükəsizlik qaydaları barəsində təlimatlandırılırlar. Təlimatlar başa çatdıqdan sonra tələbələr Zavodun müxtəlif sexlərində (qaynaq, elektrik, mexanik, gövdə, boru və s.) istehsalat proseslərini müşahidə etməklə yanaşı, təcrübə rəhbərlərinin nəzarəti altında verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirəcəklər.

Təcrübənin sonunda tapşırıqları müvəffəqiyyətlə icra edən və fərqlənən tələbələrə Zavod tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır