Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirəcək

İran və Rusiya Hind okeanında birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar. “Anadolu” xəbər verir ki, bu barədə İran ordusu komandanının müavini admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ilə ikinci birgə təlimdir. Təlimlərin məqsədi Hind okeanının şimalında təhlükəsizliyin davamlılığını təmin etməkdir. 

“Rusiya HDQ-nin güclü qüvvələri, İran ordusu və İİKK-nın birgə təlimləri açıq mesajdır. Ölkəmiz inqilabdan bəri bir çox təhlükələrlə üzləşib. Düşmənlərimiz bizə qarşı planlar hazırlayırdılar”, - o deyib.

Təlimlər bir ay ərzində başlanacaq.

Bundan əvvəl, 2019-cu il 27-29 dekabr tarixlərində Hind okeanının şimalında və Fars körfəzində İran, Rusiya və Çinin birgə təlimləri keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır