Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA mətbəəsində müəllimlərin yeni kitabları çap edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni kitabların və dərs vəsaitlərinin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə kitablar, mühazirələr, metodik göstərişlər daxildir.

Bu yaxınlarda müəllimlərimizin 10 nəşri ADDA mətbəəsində çap edilərək oxucularının istifadəsinə verilib.  

ADDA-nın ”Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları əməkdar elm xadimi, professor Aydın Qafarov, professor Zahid Şərifov və dosent İsaq Xankişiyevin müəllifliyi ilə "Etibarlılığın və uzunömürlülüyün əsasları" adlı dərsliyi, kafedranın dosentləri Vüqar Sadıqovun və İsaq Xankişiyevin birgə əməyi ilə ərsəyə gələn "Gəmilərin layihələndirilməsi", həmin kafedranın professoru Nizami Yusubovun, dosent İsaq Xankişiyevin və baş müəllim  Rövşən Cabbarovun “Maşınqayırma  texnologiyası” adlı dərs vəsaitləri nəşr olunub.

“Gəmi energetik qurğuları” kafedrasının əməkdaşları da yeni nəşrlər üzərində işləyiblər.  Baş müəllim Nizami Alməmmədov və baş müəllim Rahab Tahirovun "Gəmi energetik qurğularının texniki istismarı", baş müəllim Hüseyn Məmmədov və dosent Hacı Babayevin "Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı"  dərslikləri, dosent Məhəmməd Rzayev və dosent Ağazeynal İsgəndərovun  "Gəmi buxar qazanları, buxar və qaz turbinləri" və kafedranın dosenti Hacı Babayevin müəllifliyi ilə “Motorçu hazırlığı” adlı dərs vəsaitləri çap edilərək Akademiyanın kitabxanasına təhvil verilib.

“Gəmi avtomatlaşdırılmış qurğularının müasir elementləri”  adlı dərslik “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları dosent Elşən Sultanov və dosent Vahid Fərhadovun birgə əməyinin məhsuludur. Dosent Elşən Sultanov və baş müəllim Aynurə Allahverdiyevanın müəllifliyi ilə yazılmış “Elektrotexniki materaillar”  adlı dərs vəsaiti də bu ixtisasda təhsil alan tələbələr üçün çox faydalı olacaq.

“Dəniz naviqasiyası” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Həzi Nəbiyevin müəllifliyi ilə "Gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq qaydalar"  tərcümə olunaraq əlavə və düzəlişlər edildikdən sonra metodik vəsait kimi buraxılıb.

Dərslik və dərs vəsaitlərindən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır