Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

ADDA abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanlarının ümumi nəticəsi açıqlanıb.

Yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərin ixtisas seçiminə başlanılacaq.

Azərbaycan Dövlət Dəniz Akademiyası bir daha bütün abituriyentlər və onların valideynlərinin nəzərinə çatdırmaq istəyir ki, əvvəlki illərdən fərqli olaraq bu il imtahandan əvvəl xüsusi tibbi yoxlamadan keçmək tələb olunmur.

Akademiyaya qəbul olan abituriyent yaşayış yeri üzrə poliklinikadan sağlamlıq haqqında arayışı digər sənədlərlə bir yerdə təqdim edəcək. Sənədlərin nə vaxt verilməsi barədə elan saytımızda və Akademiyanın sosial şəbəkələrində yerləşdiriləcək.

Bütün abitiriyentlərə uğurlar arzulayırıq və ixstisas seçimi zamanı diqqətli olmağı məsləhət görürük.

ADDA ixtisasları ilə bağlı ətraflı məlumatı www.adda.edu.az saytından əldə edə bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır